Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdamda birgə faktaraşdırıcı missiya həyata keçirib

03-09-2023 330 dəfə oxunub
İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdamda birgə faktaraşdırıcı missiya həyata keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti növbəti birgə faktaraşdırıcı missiyanı Ağdamda həyata keçirib.

Nümayəndə heyəti tərəfindən Ağdamda Ermənistan hərbi qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, dini, mədəni və tarixi abidələrə baxış keçirilib, Qiyaslı və Qarağacı məzarlıqlarının, Şəhidlər xiyabanının, Cümə məscidinin yerində monitorinqi aparılıb.

Qonaqlar, həmçinin Ağdam şəhər mərkəzində yeni yaşayış məhəllələri, həyata keçirilən tikinti-quruculuq işləri baradə məlumatlandırılıblar.