Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi “İnsan hüquqlarının müdafiəsinin milli və beynəlxalq mexanizmləri” mövzusunda tədbirlər keçirib

11-12-2024 142 dəfə oxunub
Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi “İnsan hüquqlarının müdafiəsinin milli və beynəlxalq mexanizmləri” mövzusunda tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzi tərəfindən 10 dekabr–Beynəlxalq İnsan Hüquqları günü ilə əlaqədar Qəbələ rayonunun Daşca kəndində və Şəki Dövlət Regional Kollecində yerli icra və yerli özünüidarəetmə orqanlarının,digər müəssisə, idarə və təşkilatların əməkdaşlarının, müəllim və tələbələrin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “İnsan hüquqlarının müdafiəsinin milli və beynəlxalq mexanizmləri” mövzusunda tədbirlər keçirilib.

Sözügedən Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov tədbirlərdə çıxış edərək 10 dekabr 1948-ci il tarixdə BMT Baş Assambleyası tərəfindən “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin qəbul edildiyini və 1950-ci ildən başlayaraq 10 dekabr tarixinin hər il “Beynəlxalq insan hüquqları günü” kimi qeyd olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Bildirilib ki, insan hüquqları sahəsində bütün ölkələrin əməl etməli olduğu normaları müəyyən edən bu sənəd dünya ölkələrinin əksəriyyəti tərəfindən imzalanıb.

Azərbaycan xalqı keçən əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin BMT-nin “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nə qoşulduğu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən hüquqi islahatların təməlində də məhz insan hüquq və azadlıqlarının təmini məsələsinin dayandığı qeyd olunub.

Tədbirlərdə həmçinin BMT-nin İnsan hüquqları mexanizmləri, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, Azərbaycan Respublikasında aparılmış hüquqi islahatlar, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Ombudsmanın çoxşaxəli fəaliyyəti barədə məlumat verilib.