Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Cənub Regional Mərkəzi Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar maarifləndirmə tədbirləri keçirib

11-12-2024 168 dəfə oxunub
Ombudsmanın Cənub Regional Mərkəzi  Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar maarifləndirmə tədbirləri keçirib

Ombudsmanın Cənub Regional Mərkəzi 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar bir sıra maarifləndirmə tədbirləri təşkil edib. Tədbirlərdə idarə, müəssisə əməkdaşları və fəal gənclər iştirak ediblər.

Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov tədbirlərdəki çıxışları zamanı insan hüquqlarının yaranma tarixi, BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi və ölkəmizin tərəfdar çıxdığı bir sıra beynəlxalq sazişlər barəsində iştirakçılara geniş məlumat verib. 

O, ölkəmizdə insan hüquqları sahəsində islahatların təməlinin Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının məhz Ümummilli Liderin rəhbərliyi ilə hazırlandığını vurğulayıb. 

Z.İsmayılov, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatının yaradılması və fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.