Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Gədəbəy rayonunda hüquqi-maarifləndirici tədbir keçirilib

18-12-2024 121 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Gədəbəy   rayonunda hüquqi-maarifləndirici tədbir keçirilib

Ombudsmanın Qərb Regional Mərkəzinin və Gədəbəy rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gədəbəy şəhərində “Məişət zorakılığına və İnsan alverinə qarşı mübarizə” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib. 

Tədbirdə Gədəbəy rayon Polis şöbəsinin, rayon gənclər və idman sektorunun, fəal gəncləri iştirak ediblər. 

Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək zorakılığa yol verilməməsi və insan alverinə qarşı mübarizənin təşviq edilməsi məqsədilə Ombudsman təsisatı tərəfindən müntəzəm olaraq bu sahədə əhalinin müxtəlif qrupları üçün maarifləndirici tədbirlər keçirildiyini bildirib.  

Tədbirdə “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnsan alverinə qarşı mübarizə haqqında“ Azərbaycan Respublikasının qanunlarının müddəaları, həmçinin məişət zorakılığının və insan alverinə qarşı mübarizənin hüquqi və psixioliji aspektləri barədə iştirakçılara ətraflı məlumat verilib. 

Yekunda iştirakçıların sualları cavablandırılıb, onlara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.