Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ahıl şəxslər üçün sosial xidmət müəssisəsini ziyarət edib.
Ombudsman müəssisədə ahıl şəxslər üçün yaradılmış şərait ilə tanış olub, müəssisənin sakinləri ilə görüşüb. Müvəkkil ahılların və digər sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının müdafiəsinin daim diqqət mərkəzində olduğunu və onlara xüsusi qayğı ilə yanaşıldığını bildirib.
Ombudsman müəssisə sakinləri ilə görüşün məhz Prezident İlham Əliyevin doğum günündə keçirilməsi ilə ölkə başçısının əhalinin həssas qruplarından olan insanlara diqqət və qayğısına minnətdarlıq hissi bildirildiyini və bu əziz günü böyüklərimizlə birlikdə keçirməyin əhəmiyyətini qeyd edib.
Səbinə Əliyeva müəssisə sakinlərini qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə təbrik edib və onlara bayram sovqatı təqdim edib.