Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər təşkil olunub

29-12-2024 139 dəfə oxunub
Ombudsman Aparatında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planı çərçivəsində silsilə maarifləndirmə tədbirləri təşkil olunub.

İstifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliği məqsədilə keçirilmiş tədbirlərdə Ombudsman Aparatında könüllü fəaliyyətə cəlb olunmuş gənclər iştirak ediblər.

İştirakçılar arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Dövlət Gömrük Komitəsinin Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Qərbi Kaspi Universitetinin tələbələri, magistrantları və məzunları yer alıblar.

Keçirilən təqdimatlarda Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin əhəmiyyəti, “Tullantılar haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunlardan irəli gələn vəzifələr barədə iştirakçılara ətraflı məlumat verib. 

Yekunda gənclərin ətraf mühitin qorunması və iqlim dəyişmələri ilə mübarizə məsələləri ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.