Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

25-06-2023 180 dəfə oxunub
Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında Ombudsman Aparatı və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə təşkilatçılığı ilə DSX-nın Sərhəd Nəzarətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov məruzə ilə çıxış edərək, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev tərəfindən dövlətçilik, qanunçuluq, demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması kimi ali məqsədlərə nail olmaq istiqamətində mütərəqqi addımların atıldığını bildirib.

Qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar məhz insan hüquqlarının etibarlı müdafiəsinə və vətəndaş məmnunluğuna xidmət edir.

Tədbirin sonunda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.