Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Qazaxda “Psixi sağlamlıq və insan hüquqları” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib

10-01-2025 213 dəfə oxunub
Qazaxda “Psixi sağlamlıq və insan hüquqları” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Qazax Psixiatriya Xəstəxanasının əməkdaşlarının iştirakı ilə “Psixi sağlamlıq və insan hüquqları” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.

Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək, psixi sağlamlıq problemləri ilə yaşayan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyasının təmini sahəsində həyata keçirilən fəaliyyət barədə məlumat verib, Müvəkkilin təşəbbüsü ilə Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun yaradıldığını diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizmin mandatı, eləcə də “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda edilmiş son dəyişikliklər, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları və sadalanan qanunvericilik aktlarının tətbiqi barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.