Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Şabranda “Dini radikalizm və ekstremizmin mahiyyəti, təhlükələri – hüquqi aspektlər” mövzusunda dəyirmi masa keçirilib

14-01-2025 67 dəfə oxunub
Şabranda “Dini radikalizm və ekstremizmin mahiyyəti, təhlükələri – hüquqi aspektlər” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin və Şabran Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şabran rayon Heydər Əliyev Mərkəzində “Dini radikalizm və ekstremizmin mahiyyəti, təhlükələri – hüquqi aspektlər” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə çıxışlar zamanı ölkəmizdə dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyi, dinlərarası əlaqələrin sağlam zəmin üzərində qurulduğu bildirilib. Eyni zamanda, dini radikalizm anlayışı, dini radikalizmin, ekstremizmin yaranmasının səbəbləri, bu kontekstdə insan hüquq və azadlıqlarının pozulması, dini radikalizmdən qorunmağın yolları haqqında ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.