Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ermənistanın Azərbaycana qarşı nifrət və dözümsüzlük siyasətinə Ombudsmanın münasibəti

31-07-2023 8988 dəfə oxunub
Ermənistanın Azərbaycana qarşı nifrət və dözümsüzlük siyasətinə Ombudsmanın münasibəti

Son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajlar bir daha onu göstərir ki, Ermənistan siyasi rəhbərliyi Azərbaycana qarşı nifrət və dözümsüzlük siyasətini davam etdirməkdədir.

Əvvəlki bəyanatlarımızda da qeyd etdiyimiz kimi, Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır.

Ermənistan Ombudsmanının bu məsələ ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir.

Bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mətbuatda hadisələrin qərəzli şəkildə şişirdilməsi, insanlar arasında nifaq salınması regionda dayanıqlı sülh prosesinə mane olur və eyni zamanda, mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir.