Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman: Ermənistan 30 ildən çoxdur əsir, itkin düşmüş, girov götürülmüş azərbaycanlıların taleyi haqda məlumatları verməkdən boyun qaçırır

06-02-2025 264 dəfə oxunub
Ombudsman: Ermənistan 30 ildən çoxdur əsir, itkin düşmüş, girov götürülmüş azərbaycanlıların taleyi haqda məlumatları verməkdən boyun qaçırır

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən növbəti üç nəfərin şəxsiyyəti müəyyən olunub. İşğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində bu günədək 170-ə yaxın soydaşımızın şəxsiyyəti müəyyən edilib. Bu proses hələ də davam etməkdədir.
Təəssüflər olsun ki, tərəfimizdən dəfələrlə edilmiş müraciətlərə baxmayaraq Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyərək, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları təqdim etməkdən boyun qaçırır.
Hesab edirik ki, Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli, soydaşlarımızın taleyi barədə məlumatları gizlətməməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir.