Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Gəncləri Günü münasibətilə Masallıda intellektual bilik yarışı keçirilib

05-02-2025 172 dəfə oxunub
Azərbaycan Gəncləri Günü münasibətilə Masallıda intellektual bilik yarışı keçirilib

Masallı “ASAN” intellektual inkişaf mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Masallı Gənclər Evi SXM-nin, Masallı “ASAN xidmət” mərkəzinin, Asan Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə gənclər arasında 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Konstitusion hüquqlarımız adlı intellektual bilik yarışı keçirilib.

Tədbirdə çıxış edənlər iştrakçıları Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Yarışın yekununda qalib gələn komandalara kubok və diplomlar təqdim olunub.