Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda keçirilən tədbirdə iştirak edib

25-06-2023 262 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda keçirilən tədbirdə iştirak edib

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş “İnsan hüquqları və vətəndaş cəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Mahir Məmmədov çıxış edərək, Müvəkkilin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmini sahəsindəki çoxşaxəli fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, Ombudsman təsisatı ilə dövlət orqanları və vətəndaş cəmiyyəti institutları arasında səmərəli əməkdaşlıq əlaqələri yaradılıb.

Həmçinin bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdışı ilə ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, məqsədyönlü və gələcəyə hesablanan islahatlara start verilib. Bunun nəticəsində insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.