Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Avropa Şurasının baş katibinin Xankəndi-Laçın yolu ilə bağlı bəyanatına Ombudsman Səbinə Əliyevanın reaksiyası

29-07-2023 240 dəfə oxunub
Avropa Şurasının baş katibinin Xankəndi-Laçın yolu ilə bağlı bəyanatına Ombudsman Səbinə Əliyevanın reaksiyası

Avropa Şurasının baş katibinin Xankəndi-Laçın yolu ilə bağlı həqiqətə əsaslanmayan son bəyanatı bizdə narahatlıq yaradır.

Tərəfimizdən əvvəllər də Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin keçidinə heç bir maneənin olmaması ilə bağlı bəyanatlar verilmişdir.

Bu gün bir daha qeyd etmək istərdik ki, hazırda Azərbaycan humanitar məqsədlərlə nəqliyyat vasitələrinin həmin yoldan keçidini təmin edir və iddia olunduğu kimi, orada hər hansı humanitar böhrandan söhbət gedə bilməz.

Sizi məsələnin mahiyyətinə varmadan belə bəyanatlar verməkdən çəkinməyə dəvət edirik.

Hesab edirik ki, həqiqəti əks etdirməyən bu cür bəyanatların verilməsi regionda gərginliyi artırır və sülh prosesinə mane olur.

Eyni zamanda Avropa Şurasının baş katibinin diqqətini bir daha işğaldan azad edilmiş ərazilərimizdəki mina probleminə cəlb etmək istərdik. Bu problem 30 ilə yaxındır ki, öz torpaqlarından didərgin düşmüş 100 minlərlə insanın təhlükəsiz qayıdışını ləngidir.

 

 

Səbinə Əliyeva

Azərbaycan Respublikasının

İnsan Hüquqları üzrə Müvəkkili

(Ombudsman)

 

29 iyul 2023-cü il