Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Autizm maarifləndirmə ayı çərçivəsində hüquqi maarifləndirmə tədbirləri keçirilib

16-04-2025 113 dəfə oxunub
Autizm maarifləndirmə ayı çərçivəsində hüquqi maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzi tərəfindən Quba rayonunun ucqar kəndlərində, həmçinin Xınalıq kəndində autizm maarifləndirmə ayı çərçivəsində “Erkən aşkarlamanın faydaları” mövzusunda hüquqi maarifləndirmə tədbirləri təşkil edilib.

Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev Ombudsmanın əhalinin həssas qruplarının, o cümlədən autizmli şəxslərin hüquqlarının müdafiəsi məsələsini diqqət mərkəzində saxladığını qeyd edib, bu sahədə həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib.

Yekunda Ombudsmanın təşəbbüsü ilə hazırlanmış maarifləndirici bukletlər iştirakçılara təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.