Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Məişət zorakılığının qarşısının alınmasında hüquqi maarifləndirmənin rolu” mövzusunda tədbirdə iştirak edib

24-06-2023 11145 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Məişət zorakılığının qarşısının alınmasında hüquqi maarifləndirmənin rolu” mövzusunda tədbirdə iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınmasında hüquqi maarifləndirmənin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Aytən Tarverdiyeva tədbirdə çıxış edərək, Müvəkkilin qadın hüquqlarının müdafiəsi, pozulmuş hüquqlarının bərpası və gender əsaslı zorakılıq ilə mübarizəyə dair fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Ombudsman tərəfindən əhalinin müxtəlif qruplarından olan qadınların hüquqlarının müdafiəsinə fərdi yanaşılır, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramlarının, milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsində yaxından iştirak edilir, bu sahədə hüquqi maarifləndirmə işinə geniş yer verilir.