Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı autizm məlumatlandırma ayı çərçivəsində keçirilmiş tədbirdə iştirak edib

22-04-2025 168 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı autizm məlumatlandırma ayı çərçivəsində keçirilmiş tədbirdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş “Mavi İşıqlı Yol” adlı konfransda iştirak edib.

Tədbirdə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyətin tamhüquqlu üzvləri kimi inteqrasiyasının təmini istiqamətində Ombudsman tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verilib. Eyni zamanda, Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklərlə Müvəkkilin əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və digər sahələrdə mandatının genişləndirildiyi qeyd edilib.

Eləcə də Ombudsmanın əhalinin həssas qruplarının, o cümlədən autizm spektr pozuntusu olan şəxslərin hüquqlarının müdafiəsi məsələsini diqqət mərkəzində saxladığı qeyd edilib, bu sahədə həyata keçirilən fəaliyyətdən bəhs olunub.