Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi əlilliyi olan şəxslərin təşkilatları ilə dövlət qurumlarının əməkdaşlığını təşviq edən tədbirdə iştirak edib

19-12-2023 1451 dəfə oxunub
Ombudsmanın nümayəndəsi əlilliyi olan şəxslərin təşkilatları ilə dövlət qurumlarının əməkdaşlığını təşviq edən tədbirdə iştirak edib
Əlil Təşkilatları İttifaqı tərəfindən icra edilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin iştirakı ilə “Əlilliyi olan şəxslərin təşkilatlarının dövlət qurumları tərəfindən həyata keçirilən fəaliyyətlərə cəlb edilməsinin əhəmiyyəti və yolları” mövzusunda dəyirmi masa keçirilib.
 
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasındakı qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb və bu konteksdə son illər ərzində Ombudsman tərəfindən görülən işlər barədə iştirakçılara məlumat verib.
 
Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklərə əsasən Müvəkkilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” konvensiyaların həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirmək səlahiyyətinin verildiyi, hazırda isə bunun icrası ilə bağlı zəruri addımların atıldığı diqqətə çatdırılıb. 
 
Sonda mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.