
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal, Cənub, Şimal-Qərb və Qərb regional mərkəzləri tərəfindən Siyəzən, Quba, Salyan, Şəki, Mingəçevir və Gəncədə “İnsan Hüquqları Aylığı” çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar hüquqi maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu bildirilib, bu istiqamətdə görülmüş işlər, habelə uşaq hüquqlarına dair milli və beynəlxalq sənədlərdə təsbit edilmiş müddəalar barədə ətraflı məlumat verilib.
Eyni zamanda, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklərlə uşaq hüquqlarının müdafiəsi və digər sahələrdə Müvəkkilin mandatının genişləndiyini qeyd olunub, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.