Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında mediasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupun iclası keçirilib

27-07-2023 339 dəfə oxunub
Ombudsman Aparatında mediasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupun iclası keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sədrliyi ilə mediasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yaradılan işçi qrupun iclası keçirilib. Tədbirdə Ombudsman Aparatının, Mediasiya Şurasının, dövlət qurumlarının nümayəndələri və mediatorlar iştirak ediblər.

İclasda açılış nitqi ilə çıxış edən Ombudsman mediasiyanın Azərbaycan Respublikasının qanunvericiliyinə inteqrasiyası, bu sahədə həyata keçirilən hüquqi islahatlar barədə məlumat verib.

Müvəkkil ölkəmizdə mediasiya fəaliyyəti ilə bağlı şikayətlərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili məqsədilə Ombudsman Aparatı və Mediasiya Şurası arasında sıx əməkdaşlığın mövcud olduğunu bildirib.

Tədbirdə çıxış edən Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Şuranın fəaliyyəti barədə iştirakçılara məlumat verib.

Yekunda Mediasiya Şurası tərəfindən hazırlanan təkliflər dinlənilib, açıq müzakirələr keçirilib.