Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqlarımızı bilək, ayrı-seçkiliyə məruz qalmayaq!” adlı maarifləndirici vəsait hazırlanıb

16-06-2025 187 dəfə oxunub
“İnsan Hüquqları Aylığı” çərçivəsində “Hüquqlarımızı bilək, ayrı-seçkiliyə məruz qalmayaq!” adlı maarifləndirici vəsait hazırlanıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində ayrı-seçkiliyin qarşısının alınması və bərabərlik hüququnun təmini sahəsində məlumatlılığın artırılması məqsədilə “Hüquqlarımızı bilək, ayrı-seçkiliyə məruz qalmayaq!” adlı maarifləndirici vəsait hazırlanıb.

Azərbaycan və ingilis dillərində hazırlanmış vəsaitdə bərabərlik hüququnun təmin edilməsi istiqamətində Ombudsmanın mandatı, müvafiq sahə üzrə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklər, habelə beynəlxalq və milli qanunvericilik aktlarında bərabərlik və ayrı-seçkiliyə məruz qalmama hüquqları barədə məlumatlar öz əksini tapıb.