Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Qubada "Konstitusiya və Suverenlik İli" çərçivəsində hüquqi maarifləndirmə tədbiri keçirilib

22-07-2025 660 dəfə oxunub
Qubada "Konstitusiya və Suverenlik İli" çərçivəsində hüquqi maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzində "Konstitusiya və Suverenlik İli" çərçivəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib. 

Tədbirdə təlimçi qismində çıxış edən Ombudsman Aparatının Elmi-analitik sektorunun müdiri Mahir Məmmədov iştirakçılara milli qanunvericiliyin təkmilləşdirilməsi, yeni normativ hüquqi akt layihələri ilə bağlı rəy və təkliflərin hazırlanması, elmi-analitik sahədə görülən işlər, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ilə əməkdaşlıq, eləcə də insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinin təmin olunması məqsədilə xarici ölkələrin müsbət təcrübəsinin öyrənilməsi istiqamətində Ombudsman tərəfindən həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib.

Tədbirin yekununda müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.