Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Göygöl rayonunda “Vətəndaşların müraciət etmək hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib

29-07-2025 953 dəfə oxunub
Göygöl rayonunda “Vətəndaşların müraciət etmək hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Göygöl rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göygöl Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətəndaşların müraciət etmək hüququnun təmini” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ombudsman təsisatı, vətəndaşların ərizə, şikayətlərə baxılması qaydaları, Ombudsmanın regional mərkəzləri, “916” Çağrı Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verilibHəmçinin müraciətlərə baxılmasının əsas prinsipləri, müraciətə dair tələblər, yazılı müraciətlərinin qəbulu, qeydiyyatı, onlara baxılması qaydası və müddətləri diqqətə çatdırılıb.

Tədbirin yekununda mövzu üzrə fikir mübadilələri aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.