Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şəmkirdə hüquqi-maarifləndirici tədbir keçirilib

15-08-2025 846 dəfə oxunub
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Şəmkirdə hüquqi-maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Şəmkir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusion hüquqların müdafiəsi mexanizmləri” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş əsas insan hüquq və azadlıqları və həmin hüquqların müdafiəsi mexanizmləri, xüsusilə müstəqil insan hüquqları müdafiə mexanizmi kimi Ombudsman təsisatının fəaliyyət istiqamətləri, Ombudsmanın “916” Çağrı Mərkəzi barədə iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.