Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Regional mərkəzlərində ödənişsiz hüquqi yardım kampaniyaları təşkil olunub

16-06-2023 234 dəfə oxunub
Ombudsmanın Regional mərkəzlərində ödənişsiz hüquqi yardım kampaniyaları təşkil olunub

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı BMT-nin Azərbaycandakı nümayəndəliyi və Vəkillər Kollegiyası ilə birlikdə sosial cəhətdən həssas əhali qrupları üçün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi və Milli İnsan Hüquqları Günü münasibətilə ödənişsiz hüquqi yardım kampaniyası elan edilib.

Kampaniya çərçivəsində Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb Regional mərkəzlərində şəhid ailələri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, qaçqınlar, keçmiş məcburi köçkünlər və digər şəxslərə ödənişsiz hüquqi xidmətlər göstərilib.

Kampaniyadan yararlanan vətəndaşlar göstərilən hüquqi yardıma görə təşkilatçı qurumlara təşəkkürlərini bildiriblər.