Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaq reabilitasiya müəssisəsində maarifləndirici görüş keçirilib

16-06-2023 394 dəfə oxunub
Uşaq reabilitasiya müəssisəsində maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirilib.

“Uşaq hüquqlarının müdafiəsi və uşaq əməyinin qarşısının alınması” mövzusuna həsr olunmuş tədbirdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva mövzu üzrə təqdimatla çıxış edərək təsisatın bu sahədə çoxşaxəli fəaliyyəti, mövcud beynəlxalq sənədlər və milli qanunvericilik aktları barədə iştirakçıları məlumatlandırıb.

Görüşdə, həmçinin mərkəzin fəaliyyəti, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiyası sahəsi üzrə müzakirələr aparılıb, Ombudsman Aparatı tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb