Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İnsan alveri qurbanları üçün nəzərdə tutulmuş sığınacağa başçəkmə həyata keçirilib

20-07-2023 296 dəfə oxunub
İnsan alveri qurbanları üçün nəzərdə tutulmuş sığınacağa başçəkmə həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nəzarətində olan İnsan alveri qurbanları üçün nəzərdə tutulmuş sığınacağa əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.

Başçəkmə zamanı müəssisənin yataqxanasına, tibb, yeməkxana, mətbəx otaqlarına baxış keçirilib. Sığınacaq sakinləri qəbul olunub, onlarla konfidensial qaydada söhbət aparılıb, müraciətləri dinlənilib. Qəbul edilmiş şəxslərə Ombudsmana müraciət formaları, 24 saat fəaliyyət göstərən 916 Çağrı Mərkəzi barədə ətraflı məlumat verilib.

Müəssisədə insan alveri qurbanlarına normal saxlama şəraitinin təmin olunduğu, onların təhlükəsizliyinin və orada sığınacaq tapan şəxslərin qida və dərman preparatları ilə təmin edildiyi, onlara tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsi üçün müvafiq şərait yaradıldığı müşahidə olunub.

Başçəkmənin sonunda müəssisə rəhbərliyi və əməkdaşları ilə görüş keçirilib, hüquqi maarifləndirici söhbətlər aparılıb.