Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Miqrasiya məktəbi-5” layihəsi çərçivəsində təşkil olunan təlimdə çıxış edib

16-06-2023 355 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Miqrasiya məktəbi-5” layihəsi   çərçivəsində təşkil olunan təlimdə çıxış edib

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Miqrasiya Məktəbi-5” layihəsi çərçivəsində təlimlər davam etdirilir.

Dövlət Miqrasiya Xidmətinin təlim-tədris mərkəzində “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları” mövzusunda təşkil olunan təlimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Ombudsmanın əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmini istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verib.

Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.