Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə Daxili İşlər Nazirliyi arasındakı səmərəli əməkdaşlığa uyğun olaraq Polis Akademiyasında “İnsan Hüquqları Aylığı” çərçivəsində “Müasir dövrdə insan hüquqlarının təminatının aktual problemləri” mövzusunda dəyirmi masa təşkil edilib.
Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun üzvü Vüqar Heydərov tədbirdə çıxış edərək Müvəkkilin Milli Preventiv Mexanizm fəaliyyəti barədə ətraflı məlumat verib, bu sahədə Ombudsmanın gördüyü işlər, həyata keçirilən başçəkmələr, hüquqi təhlil və müvafiq hesabatlardan danışıb.
Yekunda iştirakçılarının sualları ətraflı cavablandırılıb.