Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Azərbaycan Universitetində “Hər insan dəyərlidir” mövzusunda keçirilmiş dəyirmi masada iştirak ediblər.
Tədbirdə çıxış edən Aparatın əməkdaşları hər il ənənəvi olaraq 18 İyun - İnsan Hüquqları Günü ərəfəsində keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində görülən işlər haqqında məlumat veriblər. Həmçinin Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair fəaliyyətindən bəhs edilib, Aparatın bu sahədə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etdiyi qeyd olunub.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.