Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşları ahılların qayğıları və sosial təminatları ilə maraqlanıblar

14-06-2023 299 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşları ahılların qayğıları və sosial təminatları ilə maraqlanıblar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən əhalinin həssas qruplarının, o cümlədən ahıl şəxslərin hüquqlarının müdafiəsi və təmin olunması daim diqqətdə saxlanılır.

Ölkədə Ombudsman tərəfindən elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində Aparatın əməkdaşları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün sosial xidmət müəssisəsində olub, ahıllarla görüş keçiriblər.

Görüşdə cari ildə “İnsan Hüquqları Aylığı”nın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə təsadüf etməsi xüsusi olaraq qeyd edilib. Həmçinin Ulu Öndər Heydər Əliyevi böyük şəxsiyyət və insan kimi xarakterizə edən mühüm keyfiyyətlərdən söz açılıb, onun yaşlı insanlara hər zaman böyük hörmət, diqqət və qayğı bəslədiyi bildirilib.

Görüş zamanı sosial xidmət müəssisəsinin sakinləri Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, 1969-1982-ci illərdə Azərbaycanın ümumi yüksəlişinə, gələcək inkişafına ünvanlanmış çox böyük tarixi əhəmiyyət kəsb edən fəaliyyətindən, həmin dövrdə ölkənin bütün sahələrində aparılmış köklü islahatlardan danışıb, xatirələrini bölüşüblər.

Sonra ahıl şəxslərin yaşayış yerlərinə baxış keçirilib, qayğıları və sosial təminatları ilə maraqlanılıb. Onların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran məqamların qarşısını almaq, ehtiyacı olan ahıllara sosial xidmətin göstərilməsi səviyyəsinin artırılmasını təmin etmək məqsədilə sakinlərlə fərdi görüşlər təşkil olunub. Eyni zamanda, ahılların asudə vaxtlarının səmərəli təşkil edilməsi ilə bağlı təklif və istəkləri dinlənilib, müraciətləri qeydə alınıb.

Sonda müəssisənin sakinlərinə Ombudsmanın xoş arzuları çatdırılıb, onların rifahı və qayğılarının hər zaman diqqətdə saxlanıldığı bildirilib və sovqatlar təqdim olunub.