Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi reabilitasiya mərkəzində keçirilmiş hüquqi maarifləndirmə tədbirində çıxış edib

14-06-2023 279 dəfə oxunub
Ombudsmanın nümayəndəsi reabilitasiya mərkəzində keçirilmiş hüquqi maarifləndirmə tədbirində çıxış edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində “İnsan hüquq və azadlıqlarının dövlət təminatı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilmiş həmin tədbirdə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin nümayəndəsi, mərkəzin əməkdaşları və peşə-əmək reabilitasiyasına cəlb edilmiş əlilliyi olan şəxslər iştirak ediblər.

Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov tədbirdə çıxış edərək, ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə öz əksini tapmış insan hüquq və azadlıqları, onların istər dövlətdaxili, istərsə də beynəlxalq müdafiəsi mexanizmləri, bu sahədə aparılan genişmiqyaslı islahatlar, o cümlədən Müvəkkilin gördüyü işlər barədə ətraflı məlumat verib.

Eyni zamanda, sosial cəhətdən həssas əhali qruplarının, eləcə də əlilliyi olan şəxslərin sosial-hüquqi müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyətlər, irəli sürülən təkliflər, əldə olunan nailiyyətlər, habelə qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.