Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Aparatının əməkdaşları Naxçıvanda Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində olublar

14-06-2023 315 dəfə oxunub
Ombudsmanın Aparatının əməkdaşları Naxçıvanda Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində olublar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin ölkəmizdəki nümayəndəliyinin üzvləri tərəfindən Naxçıvan şəhərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində olublar.

Mərkəzdə əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün yaradılmış şərait və rəftar məsələlərinin araşdırılması, məcburi və könüllü qaydada saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi və sənədləşmənin aparılması vəziyyəti öyrənilib.

Sonra müəssisə rəhbərliyi və əməkdaşlarla maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi üzrə tövsiyələr verilib.