Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı tərəfindən Naxçıvanda təşkil olunmuş təlim yekunlaşıb

14-06-2023 270 dəfə oxunub
Ombudsman Aparatı tərəfindən Naxçıvanda təşkil olunmuş təlim yekunlaşıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən Naxçıvanda “Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və 18 İyun - Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunmuş “Həssas miqrantların hüquqlarının təmin edilməsi. Miqrasiya və sığınacaq idarəçiliyi. Monitorinq mexanizmi” mövzusunda təşkil olunmuş təlim yekunlaşıb.

Təlimin ikinci günündə Aparatın sektor müdiri Turan Cahangirovanın “Azərbaycan Ombudsmanının Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda təqdimatı dinlənilib, mövzu üzrə fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.