Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Naxçıvanda Ombudsman Aparatı tərəfindən təlim təşkil olunub

13-06-2023 11084 dəfə oxunub
Naxçıvanda Ombudsman Aparatı tərəfindən təlim təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Naxçıvanda “Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE 2)” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və 18 İyun - İnsan Hüquqları Gününə həsr olunmuş “Həssas miqrantların hüquqlarının təmin edilməsi. miqrasiya və sığınacaq idarəçiliyi. monitorinq mexanizmi” mövzusunda təlimdə iştirak edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşlarının və beynəlxalq ekspertlərin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan S.Əliyeva Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizə başçılıq etdiyi dövrlərdə insan hüquq və azadlıqlarının təmini məsələsinə xüsusilə diqqət yetirildiyini bildirib. Ombudsman qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə ölkəmizdə Ombudsman təsisatının yaradılması insan hüquq və azadlıqlarına göstərilən diqqətin təzahürüdür.

Müvəkkil Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin də bu sahəyə hər zaman xüsusi önəm verdiyini, onun rəhbərliyi ilə ölkəmizdə insan hüquqları sahəsində mühüm nailiyyətlərin əldə olunduğunu söyləyib.

S.Əliyeva ötən dövrdə Ombudsman tərəfindən miqrantların hüquqlarının təmini, onların cəmiyyətə davamlı inteqrasiyası, eləcə də qanuni miqrasiyanın təşviqi sahəsində bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirildiyini bildirib.

Ombudsman Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyonadək soydaşımızın otuz ilə yaxın dövr ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını, onların hüquq və azadlıqlarının kobud şəkildə pozulduğunu qeyd edib. Müvəkkil Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tərəfindən torpaqlarımızın azad edildiyini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasının təmin olunduğunu diqqətə çatdırıb. Həmçinin Ermənistanın törətdiyi mina terrorunun qaçqın və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına, onların hüquqlarının tam təmininə maneə yaratdığını bildirib.

Təlimdə yerli və beynəlxalq təlimçilərin həssas miqrantların hüquqlarının qorunmasında Azərbaycan Ombudsmanının rolu, miqrantların və sığınacaq axtaran şəxslərin hüquqlarının təşviqi, müdafiəsi və digər mövzular üzrə təqdimatları dinlənilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.