Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“İnsan Hüquqları Aylığı” çərçivəsində Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

12-06-2023 327 dəfə oxunub
“İnsan Hüquqları Aylığı” çərçivəsində Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş hüquqi maarifləndirmə tədbiri keçirilib.

Bakı şəhərinin Binəqədi və Yasamal rayon məktəblərinin müəllim və şagird heyətinin iştirakı ilə keçirilən tədbirdə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı təqdimatla çıxış edərək Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə ilk dəfə 2002-ci ildə qeyd edilən bu günün məqsədi barədə iştirakçıları məlumatlandırıb.

Tədbirdə uşaq hüquqlarının müdafiəsi və təbliğinin, eləcə də uşaq əməyinə qarşı mübarizənin Ombudsmanın genişmiqyaslı fəaliyyətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Bu çərçivədə paytaxtda və regionlarda keçirilən tədbirlər, eləcə də uşaqların vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülmüş işlər haqqında məlumat verilib.

Tədbir uşaqların fəal iştirakı ilə müzakirələr şəklində keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.