Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi UNEC-də keçirilmiş hüquqi maarifləndirmə tədbirində çıxış edib

13-06-2023 133 dəfə oxunub
Ombudsmanın nümayəndəsi UNEC-də keçirilmiş hüquqi maarifləndirmə tədbirində çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik, Rəqəmsal iqtisadiyyat fakültələri, habelə Dizayn məktəbinin müəllim və tələbələrinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri təşkil olunub.

Tədbirdə çıxış edən Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov ölkəmizdə insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı fəaliyyət, o cümlədən məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının bu sahədə gördüyü işlər barədə ətraflı məlumat verib.

İnteraktiv formada keçən tədbirdə iştirakçılarla hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafı üzrə müzakirələr aparılıb və onlar tərəfindən verilən suallar cavablandırılıb.