Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla keçirilən görüşdə iştirak edib

14-07-2023 191 dəfə oxunub
Ombudsman “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla keçirilən görüşdə iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Femida Dialoq Platforması” çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri arasında keçirilən görüşdə iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən S.Əliyeva azad sahibkarlıq hüququnun təmini və sahibkarların pozulmuş hüquqlarının bərpası sahəsində fəaliyyəti barədə məlumat verib.

Ombudsman bu sahədə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

Müvəkkil BMT tərəfindən qəbul edilən “Biznes və insan hüquqları sahəsində Rəhbər Prinsiplər”in ölkəmizdə milli qanunvericiliyə implementasiyası və milli fəaliyyət planının hazırlanması üzrə işlər aparıldığını, Ombudsman təsisatının bu sahədə əlaqələndirici qurum kimi çıxış etdiyini bildirib.

S.Əliyeva, həmçinin Ombudsman Aparatı tərəfindən hazırlanmış “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərə ümumi baxış” adlı vəsait barədə tədbir iştirakçılarına məlumat verib.