Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

20-12-2023 1672 dəfə oxunub
Ombudsman Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovu qəbul edib.

Görüş zamanı Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət haqqında səfirə geniş məlumat verib. Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklərdən danışan S.Əliyeva əlilliyi olan şəxslərin və uşaq hüquqlarının müdafiəsi, habelə bərabərlik hüququnun təmin edilməsi və ayrı-seçkiliyin qarşısının alınması sahəsində mandatının genişləndiyini qeyd edib.

Ombudsman həmçinin qonağa beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib və Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili ilə mövcud olan sıx əməkdaşlıq əlaqələrindən danışıb. Bildirilib ki, hər iki ölkənin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə əməkdaşlıq fəaliyyəti davam etdirilir.

Daha sonra Müvəkkil Ermənistan işğalından azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, minatəmizləmə prosesi haqqında qonağa geniş məlumat verib. Qeyd edilib ki, müharibə və postmüharibə dövründə, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması hallarının araşdırılması məqsədilə Ombudsman tərəfindən, eləcə də beynəlxalq müstəqil ekspertlərin iştirakı ilə yerində araşdırmalar həyata keçirilib və həmin araşdırmaların nəticələrinə əsaslanan 18 hesabat hazırlanaraq aidiyyəti beynəlxalq və regional təşkilatlara göndərilib.  

Öz növbəsində səfir M.Yevdokimov səmimi qəbula görə Ombudsmana minnətdarlığını bildirib.

Sonda Azərbaycan və Rusiyanın ombudsman təsisatları arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı perspektivlər müzakirə olunub.