Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanların Beynəlxalq Bakı Sammiti öz işinə başlayıb

18-06-2026 44 dəfə oxunub
Ombudsmanların Beynəlxalq Bakı Sammiti öz işinə başlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakı şəhərində 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti öz işinə başlayıb.

Tədbirdə 30-a yaxın ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının, bir sıra beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, habelə süni intellekt və insan hüquqları sahəsində tanınmış ekspertlər iştirak edirlər.

Sammitdə rəqəmsal məkanda hüquqların qorunması, məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə, süni intellektin əmək bazarına və məşğulluğa təsiri,süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik, rəqəmsal savadlılıq mövzularında panel sessiyalar təşkil olunacaq.