Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

İkinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə icra olunan mentorluq proqramı uğurla davam edir

10-07-2023 215 dəfə oxunub
İkinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə icra olunan  mentorluq proqramı uğurla davam edir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Vüsalə Bayramova ilə növbəti dəfə görüşüb.

Görüş zamanı Müvəkkil V.Bayramovanın üç ay ərzində gördüyü işlərlə tanış olub, onun karyerasının inkişaf perspektivləri və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

Görüşdə Ombudsman institutunun fəaliyyətinin prioritetləri barədə ətraflı məlumat verilib, sosial cəhətdən həssas əhali qruplarının hüquqlarının müdafiəsi istiqamətində icra olunan layihələrdən bəhs edilib. Eyni zamanda, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf edən cari ildə insan hüquq və azadlıqlarının təmini üzrə irəli sürülən təkliflər və həyata keçirilən təşəbbüslər diqqətə çatdırılıb.

Yekunda Ombudsmanın təşəbbüsü ilə Azərbaycan dilində və xarici dillərdə hazırlanmış maarifləndirici nəşrlər, o cümlədən gender bərabərliyinin və qadın hüquqlarının müdafiəsi üzrə aktual məsələlərdən bəhs edən “Genderə giriş” mühazirələr toplusu kitabı Vüsalə Bayramovaya təqdim olunub.

Qeyd edilməlidir ki, növbəti üç ay ərzində ikinci “Yüksəliş” müsabiqəsi qalibinin Ombudsmanla və təsisatın müvafiq struktur bölmə rəhbərləri ilə yerli və beynəlxalq görüşlərdə iştirakı nəzərdə tutulur.