Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirilib

01-08-2026 23 dəfə oxunub
Kəlbəcərdə yerləşən hərbi hissədə hüquqi maarifləndirmə məqsədilə monitorinq keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən işğaldan azad olunmuş Kəlbəcər rayonunda yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrindən birində hüquqi maarifləndirmə məqsədilə monitorinq həyata keçirilib.

Şəxsi heyətlə keçirilən görüş zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyət, habelə Ombudsmanın fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, hərbi qulluqçulardan daxil olan bir müraciət yerində qəbul edilərək icraata götürülüb.

Monitorinq zamanı hərbi qulluqçuların qida təminatı, sağlamlıq hüququnun təmin olunması və xidmətin təşkili ilə bağlı əsgər yataqxanasına, yeməkxanaya, ərzaq anbarlarına, tibb məntəqəsinə, eləcə də hərbi sirr təşkil etməyən digər ərazilərə baxış keçirilib, mövcud vəziyyət yerində qiymətləndirilib.

Sonda hərbi hissə rəhbərliyinə hərbi qulluqçuların hüquqlarının daha səmərəli təmin olunması ilə bağlı müvafiq tövsiyələr təqdim edilib.