Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətində qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini və təbliği daim prioritet məsələlərdəndir. Müvəkkilin təşəbbüsü ilə artıq bir neçə ildir ki, Bakı Dövlət Universitetində “Genderə giriş” fənni müstəqil bir fənn kimi tədris olunur.
Bu günlərdə “Genderə giriş” mühazirələr toplusu kitabı təkmilləşdirilərək və ingilis dilinə tərcümə olunaraq Ombudsmanın ümumi redaktəsi ilə dərc edilib.
Gender sahəsində elmi-tədqiqat işi həyata keçirən mütəxəssislər və tələbələrin istifadəsi üçün nəzərdə tutulmuş bu kitabda gender bərabərliyinin və qadın hüquqlarının müdafiəsi üzrə aktual məsələlərə toxunulub.