Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Səbinə Əliyeva və rəhbərlik etdiyi kollektiv Zəfər parkını ziyarət edib

27-09-2026 20 dəfə oxunub
Ombudsman Səbinə Əliyeva və rəhbərlik etdiyi kollektiv Zəfər parkını ziyarət edib

27 Sentyabr – Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və rəhbərlik etdiyi kollektiv Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət ediblər.

Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, memorial kompleksin önünə gül dəstələri düzülüb.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir.