Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Konfransda iştirak edib

06-07-2023 189 dəfə oxunub
Ombudsman Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) ölkəmizdəki Nümayəndəliyinin birgə əməkdaşlığı ilə keçirilmiş Vətəndaşsızlıq üzrə Yüksək Səviyyəli Konfransda iştirak edib.

Azərbaycanın və bir sıra xarici ölkələrin dövlət rəsmilərinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirak etdiyi konfransda Ombudsman açılış nitqi ilə çıxış edib.

S.Əliyeva Ombudsman təsisatının qaçqınların, məcburi köçkünlərin, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi və onların dəstəklənməsi, müvafiq beynəlxalq sənədlərin müddəalarının implementasiyası sahəsində fəaliyyəti barədə məlumat verib, Ombudsmanın ünvanına daxil olmuş müraciətlər əsasında bu şəxslərin etibarlı sənədlərlə təmin edilməsi istiqamətində geniş tədbirlərin həyata keçirildiyini bildirib. Müvəkkil daha həssas vəziyyətdə olan əhali qruplarının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. 

Ombudsman tarix boyu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarından didərgin salındığını, Ermənistan silahlı qüvvələrinin 1988-1993-cü illərdə növbəti silahlı təcavüzü nəticəsində isə bir milyondan artıq soydaşlarımızın otuz ilə yaxın müddət ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.