Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) genişmiqyaslı fəaliyyətində uşaq hüquqlarının müdafiəsi mühüm yer tutur və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
Bu sahədə məlumatlılığın artırılması məqsədilə Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektoru tərəfindən “Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi” adlı maarifləndirici vəsait hazırlanıb.
Vəsaitdə Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin hüquqi əsasları, mandatı, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi səlahiyyəti, fəaliyyət istiqamətləri və digər məlumatlar yer alıb.
Ombudsman tərəfindən elan edilmiş “Uşaq hüquqları aylığı” çərçivəsində hazırlanmış bu vəsait barədə keçidə daxil olaraq daha ətraflı məlumat əldə edə bilərsiniz.