Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

04-07-2023 243 dəfə oxunub
Ombudsman Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.

Azərbaycanın və bir sıra xarici ölkələrin Konstitusiya məhkəmələrinin rəhbər şəxslərinin, dövlət orqanlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxışı zamanı Ombudsman Konstitusiya Məhkəməsinin sədrini və kollektivini yubiley münasibətilə təbrik edib, onlara fəaliyyətlərində yeni nailiyyətlər arzulayıb.

S.Əliyeva Ombudsman təsisatı ilə Konstitusiya Məhkəməsi arasında sıx əməkdaşlığın mövcud olduğunu qeyd edib, indiyədək Müvəkkil tərəfindən Konstitusiya Məhkəməsinə ünvanlanmış 40-dan çox sorğuya baxıldığını, aidiyyəti qərar və qərardadların qəbul olunduğunu bildirib.

Ombudsman Konstitusiya Məhkəməsinin ötən 25 il ərzində böyük inkişaf yolu keçdiyini, ölkəmizin məhkəmə-hüquq sistemində layiqli yer tutduğunu diqqətə çatdırıb. Həmçinin Konstitusiya Məhkəməsinin insan hüquq və azadlıqlarının müdafiəsinə zəruri töhfələr verdiyini, üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini qeyd edib.

Sonra tədbirdə “Ombudsman və Konstitusiya Məhkəməsi arasında qarşılıqlı əməkdaşlıq: aktlar toplusu (2002-2022-ci illər üzrə)” adlı çap vəsaiti təqdim olunub.