Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi maarifləndirmə tədbirləri keçirilib

12-11-2026 93 dəfə oxunub
Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən “Uşaq Hüquqları Aylığı” çərçivəsində hüquqi maarifləndirmə tədbirləri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın regional mərkəzləri tərəfindən silsilə hüquqi maarifləndirmə tədbirləri təşkil edilir.

Belə ki, Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə şəhər 4 saylı Uşaq Evində, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə, Elm və Təhsil Nazirliyinin Gəncə şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyasında və Gəncə şəhəri, Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyində hüquqi maarifləndirmə tədbirləri təşkil olunub.

“Uşaq hüquqlarının müdafiə mexanizmləri”, “Bizim Hüquqlarımız” və “Erkən nikahlara son: Hüquqlarımızı öyrənək və müdafiə olunmağı bacaraq” mövzularında keçirilmiş tədbirlərdə Ombudsmanın uşaq hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə ətraflı məlumat verilib, Müvəkkilə müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi diqqətə çatdırılıb.

Eyni zamanda, iştirakçılara “Uşaq hüquqları haqqında” Qanunun, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının müddəaları, uşaqların hüquq və vəzifələri, uşaq hüquqlarının müdafiəsi mexanizmləri barədə geniş məlumat verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.