Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində maarifləndirmə tədbiri keçirilib

13-11-2026 81 dəfə oxunub
“Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecində maarifləndirmə tədbiri keçirilib.

Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı çıxış edərək Müvəkkilin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, bu istiqamətdə görülən işlər və mövcud müdafiə mexanizmləri barədə geniş məlumat verib.

Tədbir zamanı, həmçinin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntuları, bu əməllərin doğurduğu hüquqi nəticələr, rəqəmsal mühitdə uşaqların üzləşə biləcəkləri təhlükə və risklər, eləcə də hüquq pozuntularının və digər riskli halların qarşısının alınması istiqamətində səmərəli preventiv yanaşmalar barədə məlumat verilib. Tədbirdən kollecin 100-dən çox tələbəsi faydalanıb.

Yekunda iştirakçıları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.