Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Uşaq hüquqlarının müdafiəsi: müasir çağırışlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DİA-nın rektoru akademik Urxan Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov, Azərbaycan Uşaq Fondunun icraçı direktoru Vüsalə Muradxanlı, DİA-nın professor-müəllim heyəti mövzu üzrə çıxış ediblər.
Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin müdir müavini - Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva tədbirdə çıxış edərək aylıq çərçivəsində təşkil olunan tədbirlərin əhəmiyyətini vurğulayıb, müasir dövrdə uşaqların hüquqlarının təmini sahəsində mövcud tendensiyalar, bu istiqamətdə Ombudsman tərəfindən həyata keçirilən tədbirlər, eləcə də irəli sürülən təkliflərin icrası barədə iştirakçılara ətraflı məlumat verib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.